Timoşenko koronavirusa yoluxdu, vəziyyəti ağırdır

timosenko-koronavirusa-yoluxdu-veziyyeti-agirdir
Oxunma sayı: 2816

UkraynanınBatkivşinapartiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa yoluxub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka bildirib:

“Təəssüf ki, bu, doğrudur. Test Yuliya Vladimirovnanın Covid-19-a yoluxduğunu göstərdi. Vəziyyəti ağırdır. Hərarəti 39 dərəcəyə yüksəlib. Mübarizə aparır”.