Timoşenko Poroşenkonu qabaqladı - Seçki olsa, qalib gələcək...

timosenko-porosenkonu-qabaqladi
Oxunma sayı: 1478

Ukraynanın eks baş naziri Yuliya Timoşenko ictimai rəy sorğusunda prezident Petro Poroşenkonu qabaqlayıb.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Timoşenkonun partiyası “Batkivşina” isə hazırda parlament seçkiləri keçirilərsə, yenə də birinci yerdə qərarlaşardı.

Sorğu Kiev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən həyata keçirilib:

“Əgər Ukraynada prezident seçkiləri martın ortalarında baş tutsaydı, o zaman 18 yaşdan yuxarı bütün Ukrayna əhalisinin 10,9 faizi Yuliya Timoşenkoya səs verərdi”.

Son vaxtlara qədər ictimai rəyə liderlik edən hazırki prezident Poroşenko isə son rəydən sonra 9,3 faiz səs toplaya bilərdi.

Martın ortalarında keçirilsəydi, seçkilərin ikinci turunda qalibiyyət yenə də Timoşenkoda olacaqdı - onun səs faizi 25,2, Poroşenkonunki isə 16,4 faiz

Qeyd edilir ki, soğru 23 fevral- 8 mart tarixlərində Ukraynanın müxtəlif regionlarındakı 110 yaşayış məntəqəsində, 2039 respondent arasında keçirilib.