Timoşenko Poroşenkonun impiçmenti üçün hərəkətə keçdi

timosenko-porosenkonun-impicmenti-ucun-herekete-kecdi
Oxunma sayı: 1012

Ukrayna Ali Radasının “Batkivşina” fraksiyası prezident Petro Poroşenkonun impiçment prosedurunun başladılması təşəbbüsü ilə çıxış edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin iclasında “Batkivşina” lideri, prezidentliyə namizəd Yulia Timoşenko deyib. Prosedurun başladılmasına səbəb Poroşenko və ətrafının şişirdilmiş qiymətlərlə qaçaqmalçılıq yolu ilə Rusiyadan Ukraynaya hərbi texnika üçün keyfiyyətsiz hissələrin alınmasında iştirak etməsidir. 

Timoşenkonun sözlərinə görə, Poroşenkonun bu addımı “Dövlətə xəyanət” maddəsi üzrə cinayət işi deməkdir. O, digər fraksiyaları da “Batkivşina”nın təşəbbüsünü dəstəkləməyə çağırıb.