Timoşenkonun partiyası koalisiyadan çıxdı - “Qeydi-adi hadisə yaşandı...”

timosenkonun-partiyasi-koalisiyadan-cixdi
Oxunma sayı: 1878

Ukraynanın “Batkivşina” partiyası parlament koalisiyasından çıxdığını elan edib.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə fraksiya lideri Yuliya Timoşenko açıqlama verib. O bildirib ki, qərar bu gün fraksiyanın toplantısında qəbul edilib.

Timoşenkonun sözlərinə görə, dünən Ali Radada hökumətin istefası üçün keçirilən səsvermə zamanı qeyri-adi hadisə baş verib, bütün sirlər gün üzünə çıxıb.

O qeyd edib ki, Ukraynada bu gün mövcud olan situasiya kölgə siyasi koalisiyasının idarəetməsinin nəticəsidir. Timoşenko partiyasının heç bir islahat keçirmək istəməyən, Ukraynanı müdafiə etməyənlərlə bir sırada olmaq istəmədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Ukrayna Ali Radasının deputatları dünənki səsvermə zamanı texniki nasazlıq yaşandığını, səsvermədə iştirak edə bilmədiklərini açıqlamışdılar.