Tina Kandelakiyə qarşı sanksiya tətbiq edildi

tina-kandelakiye-qarsi-sanksiya-tetbiq-edildi
Oxunma sayı: 2855

ABŞ hakimiyyəti rusiyalı teleaparıcı və mediamenecer Tina Kandelakiyə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin rəsmi press-relizində deyilir.

Qeyd olunur ki, sanksiya siyahısına, həmçinin Rusiyanın sabiq müdafiə naziri Anatoli Serdükov, onun həyat yoldaşı və uşaqları düşüb.

Siyahıya ümumilikdə 50-dən çox fiziki şəxs və 110-dan çox qurum daxil edilib.