Dünya şöhrətli amerikalı müğənni, aktrisa və yazar Tina Törner pərəstişkarları ilə vidalaşıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, haqqında çəkilmiş “Tina” sənədli filmində bildirib. 8 dəfə “Qremmi” mükafatçısı olmuş 81 yaşlı sənətçi həyatının üçüncü və sonuncu dövrünü hər kəsin diqqətindən kənar yaşamaq istədiyini deyib. Törner, həmçinin, səhhəti ilə bağlı problem olduğunu bildirib. Müğənninin insult və xərçəng də daxil olmaqla bir çox sağlamlıq problemi var.
Tina Törner filmdə ilk əri, musiqiçi və prodüser Ayk Törnerlə nikahı dövründə gördüyü məişət zorakılığı səbəbindən stressdən də əziyyət çəkdiyini açıqlayıb.
“Həmin dövr heç də yaxşı həyat deyildi. Yaxşılar pisləri tarazlaşdırmır”, - deyə musiqiçi kameraya danışıb.
Qeyd edək ki, “Tina” sənədli filmi martın 26-da yayımlanacaq. Filmdə Törnerin həyatının gənclik, karyera dövrü ilə yanaşı, anası ilə heç də yolunda getməyən münasibətləri haqda söhbət açılır.


Son xəbərlər
Son Xəbərlər