Futzal üzrə İspaniya milli komandasının üzvü Xose Migel Kortes “Qafqazinfo”ya müsahibəsi:
- Kolumbiyada keçiriləcək dünya çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer almısız. Ümumiyyətlə, İran və Mərakeşin olduğu bu qrupu necə dəyərləndirirsiz?
- Fikrimcə, dünya çempionatının ən çətin qrupu məhz bizim qrupumuzdur. Azərbaycan millisi son illər çox güclənib. Bu komandanın seleksiyası çox güclüdür. Heyətdə olan futzalçılar çox yaxşı çıxış edirlər.
- İspaniya millisi favoritdir. Digər 3 komandadan hansı növbəti mərhələyə adlaya bilər?
- İran və Azərbaycanın şansları yüksəkdir. Hər ikisi məncə sona qədər rəqabət aparacaqlar. Azərbaycan yığması güclü rəqibləri məğlub edərək Kolumbiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. İranın da gücü bəllidir.
- Azərbaycan millisini dünya çempionatının final mərhələsinə çıxaran məşqçi də İspaniyalı Tino Peres idi...
- Bundan xəbərim var. O, çox güclü məşqçidir. Fikrimcə, Azərbaycan millisi bu məşqçi ilə daha çox irəli gedə bilərdi. Onun komandanızla niyə davam etmədiyi çox təəccüblüdür.
- Onun yığmamız haqqında danışacaqsız?
- Fikrimcə, yox.
- Milli komandamızın üzvlərindən kimi şəxsən tanıyırsız?
- Bir neçə futzalçını tanıyıram və çox güclü oyunçulardır. Amadeu, Rafael kimi oyunçular var.
- Hansı komandalar konkret olaraq dünya çempionatının favortiləridir?
- İspaniya, İtaliya, Braziliya, Rusiya, Portuqaliya, Argentina.
Elsevər
Son xəbərlər
Son Xəbərlər