Tırtıllara qarşı mübarizə başladı

tirtillara-qarsi-mubarize-basladi
Oxunma sayı: 1299

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlər nəticəsində 15 hektar fındıq və 10 hektar qarışıq meyvə bağlarında zərərverici tırtılları aşkar edilib. 

“Qafqazinfo” xəbər verir ki, Dəyişik ipəksarıyan kəpənəyinin (Lymantria dispar) tırtıllarına qarşı mübarizəyə başlanılıb və mütəxəssislərin tövsiyyələri əsasında fermerlər tərəfindən zərərvericiyə qarşı Mosetam (150 q/ha) insektisidi çilənib. Tətbiq edilən preparat zərərvericiyə qarşı yüksək bioloji səmərəlilik göstərib.

Qeyd edək ki, bu zərərverici geniş polifaq növ olmaqla dağətəyi rayonlarda yayılıb, bütün meyvə ağaclarını və bir çox enliyarpaqlı meşə ağaclarını – palıdı, qovağı, söyüdü , göyrüşü, toz ağacını, fıstığı, vələsi, cökəni və s. zədələyə bilir.