“Titanik”in baş qəhrəmanı necə sağ qala bilərdi?

titanikin-bas-qehremani-nece-sag-qala-bilerdi
Oxunma sayı: 5062

"Biz 25 il əvvəl "Titanik"i çəkəndə bütün mümkün inandırıcı variantlardan istifadə etdik. Lakin izləyicilər Cekin ölümünü qəbul edə bilməyərək onun sağ qalma ehtimalından danışırlar".

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu filmin rejissoru Ceyms Kemeron deyib.

Rejissor bu məsələyə aydınlıq gətirmək üçün iki kaskadyordan istifadə edib. Eksperiment Yeni Zelandiyadakı laboratoriyada aparılıb. İştirakçıların bədənləri 35 dərəcəyə qədər soyudulub, sonra batan gəminin surəti ilə birlikdə hovuza yerləşdirilib. 

Kaskadyorların hər ikisi üzən dağıntılara qalxmağı bacarıblar. Bundan sonra Kemeron etiraf edib ki, Cek və Rouz xilasedicilər gələnə qədər bir neçə saat dayana bilərdilər:

"Lakin bu, Rouz xilasedici jileti Cekə versəydi, mümkün olardı. Belə bir nəticənin əldə olunması az olsa da, mümkün idi".