“Titanik”in rejissoru “Titan” faciəsindən danışdı - Video

titanikin-rejissoru-titan-faciesinden-danisdi
Oxunma sayı: 3622

Əfsanəvi “Titanik” filminin rejissoru Ceyms Kemeron “Titan” batiskafı faciəsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, ABC News telekanalına müsahibəsində hadisələrin bənzərliyindən təəccübləndiyini deyib.

Həmçinin oxuyun: Завершилась первая программа мини-MBA Университета Boğaziçi для сотрудников AccessBank-а

Kemeronun sözlərinə görə, 1912-ci ildə batmış laynerin kapitanına qarşıda olan aysberqlə bağlı xəbərdarlıq etsələr də, o qulaq asmayıb.

Bundan əlavə, rejissor “OceanGate” şirkətinin karbon lifli korpusdan istifadə etməsinin səhv olduğunu qeyd edib. Kameron özü sualtı qayıqların sahibidir, bu materialı təhlükəsiz hesab etmir.

Qeyd edək ki, “Titan” batiskafı göyərtəsində olan 5 nəfəri “Titanik”in qəzaya uğradığı yerə aparırdı. “Titan”da baş vermiş partlayış səbəbindən ekipajın bütün üzvləri ölüb.