Bəzən pik saatlarda 4, 6 və daha çox hərəkət zolağından ibarət olan avtomobil yollarının bir hissəsində tıxac olur, digərində yox. Əslində isə bu cür tıxacları aradan qaldırmaq üçün yol hərəkəti haqqında qanunda xüsusi müddəa var.
“Qafqazinfo”nun xezerxeber-ə istinadən məlumatına görə, qanuna əsasən pik saatlarda belə yollarda bir istiqamətdə zolaqların sayını artırmaq mümkündür. Ancaq tıxacların günü-gündən artığı bir dövrdə bunun hələ də yollarda tətbiqinə başlanılmır.
Ekspert Ərşad Hüseynov deyir ki, indiyədək bu maddə icra olunmayıb. Əgər zolaqların sayı artırılsa əksər yolda yaranan tıxaclar aradan qalxmış olar. Buna ən çox Bakı-Sumqayıt yolu, Salyan şossesi, Azadlıq prospekti, Heydər Əliyev prospekt və digər bir sıra yollarda ehtiyac var.
Ərşad Hüseynov bildirir ki, reversiv hərəkət zolağı tətbiq edilməmişdən əvvəl sürücülər mütləq bu məsələ ilə bağlı maarifləndirilməlidir.
Son xəbərlər
Son Xəbərlər