Tixanovskaya Belarusu tərk etdi - Yenilənib

Tixanovskaya Belarusu tərk etdi
Oxunma sayı: 3473

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus öz tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Litvada təqiblərdən gizlənir. Onun indi təhlükəsizlikdə olduğu bildirilib.

Qeyd edək ki, Belarusda artıq ikinci gündür ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı qalan etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında küçə toqquşmaları davam edir.

***

Belarus Dövlət Sərhəd Komitəsi prezidentliyə namizəd Svetlana Tixanovskayanın çərşənbə axşamı gecə ölkədən getdiyini təsdiqləyib.

“Svetlana Tixanovskaya Litva Respublikasına getmək üçün 11 avqust saat 3:30-da Kotlovka buraxılış məntəqəsindən ölkədən çıxıb”, -deyə komitənin “Telegram” kanalında məlumat verilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi