Tofiq Babanlı vəfat etdi

tofiq-babanli-vefat-etdi
Oxunma sayı: 3564

Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. O,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.