Tofiq Bəhramov stadionundakı traktor - - Fotolar

tofiq-behramov-stadionundaki-traktor-
Oxunma sayı: 5096


Ötən gün Bakıda, Tofiq Bəhramov adına stadionda “Qarabağ” klubu “Qəbələ” ilə qarşılaşıb. 

Tərslikdən, dünən qar yağmışdı və stadion da qarla örtülmüşdü. Qar Azərbaycanın ən böyük, yeni təmir olunmuş stadionunun eyibini üzə çıxardı. Bununla bağlı oxucularımız “Qafqazinfo” ya maraqlı fotolar göndəriblər. Fotolarda görünür ki, stadionun qarını təmizləmək üçün traktorun arxasına nərdivan qoşulub, nərdivanın da üstünə bir nəfər çıxıb ki, qar təmizlənsin. Oxucu soruşur: “Qar təmizləyən maşın niyə yoxdur ki?”.