“Qafqazinfo” nun məlumatına görə, konsertdə vokalçı Ramil Qasımovun ifasında “Bakı”, “Sənədə qalmaz”, “Azərbaycan”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bəxtiyar” kino-filimindən “Sevgilim”, “Telefonçu qız” filmindən “Bakı” haqqında mahnıları səslənib. Konsertdə vokalçını Rəşidə Məmmədzadə müşayiət edib. Ramil Qasımov qeyd edib ki, layihə tələbə gənclərin milli-mənəvi dəyərlərə, xüsusi ilə Azərbaycan muğamlarına tələbə gənclərdə məhəbbət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcək.