Tofiq Tağızadənin 100 illiyi qeyd olunacaq - Prezident sərəncamı

tofiq-tagizadenin-100-illiyi-qeyd-olunacaq
Oxunma sayı: 1252

2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. 

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə prezident İlham Əliyev Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.