Tofiq Yaqublu- - 53

tofiq-yaqublu-
Oxunma sayı: 994


"Qafqazinfo" xəbər verir ki, Tofiq Yaqublu ötən il olduğu kimi bu il də yeni yaşını həbsxanada qarşılayacaq.

Qeyd edək ki, İsmayıllıda iğtişaş təşkil etməkdə günahlandırılan Tofiq Yaqublu ötən il fevral ayının 4-dən həbsdədir.

O, 1961-ci il fevralın 6-da Borçalı mahalının İncəoğlu kəndində anadan olub. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2010-cu ildən başqan müavinidir.

Ailəlidir, iki qızı, bir oğlu var.