Tofiq Yaqublu 200 min istəyir

tofiq-yaqublu-200-min-isteyir
Oxunma sayı: 1650


Vəkil qeyd edib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmündən daha iki nəfər, Anar Həsənov və Səftər Ağamalıyev də Şəki Apellyasiya Məhkəməsinə müraciət edib, Qənbər Ağamalıyev isə gələn həftə şikayət verəcək.

Şəki Ağır Cinayətlər Məhkəməsi 17 mart hökmü ilə Tofiq Yaqubluya 5 il, REAL hərəkatının sədri İlqar Məmmədova (o da hökmdən şikayət edib) 7 il azadlıqdan məhrumetmə cəzası kəsib. Anar Həsənov və Səftər Ağamalıyev 8 il, Qənbər Ağamalıyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının istefası tələb olunub. Fevralın 14-də icra başçısı vəzifəsindən azad edilib.

İsmayıllı olaylarına görə 20 nəfər tutulub. İstintaqları ayrıca aparılmış Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.