Tofiq Yaqublu azadlığa buraxılacaq- - Qızının dəfninə görə

tofiq-yaqublu-azadliga-buraxilacaq-
Oxunma sayı: 5013


"Qafqazinfo" xəbər verir ki, bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verib: “Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.

Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.