“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, ailəsi qəzaya uğramış Müsavat başqanın müavini Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qaldırdığı vəsatət təmin olunmayıb.
O, vəsatəti əməliyyat olunacaq xanımı Maya Yaqublunun yanında olmaq üçün qaldırmışdı.
Qeyd edək ki, Tofiq Yaqublunun xanımı Maya Yaqublu, qızı Nərgiz Yaqublu və müsavatçı Çingiz Əli yanvarın 21-də Şəkidən qayıdarkən İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb. Boynu fəqərərləri sınan Maya Yaqublunun bu günlərdə əməliyyat olunacağı gözlənilir.
***
Maya Yaqublunun vəziyyəti pisləşib. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun qızı Nigaq Yaqublu facebook səhifəsində yazıb.
Nigar Yaqublu bildirir ki, ən kəskin ağrıkəsicilər vurulnmasına baxmayaraq anasının ağrıları günü-gündən pisləşir.
Qeyd edək ki, Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun xanımı Maya Yaqublu yanvarın 21-də avtomobil qəzasına uğrayıb. Onun boynunun beşinci və altıncı fəqərələri sınıb.
Son xəbərlər
Son Xəbərlər