“Qafqazinfo” xəbər verir ki, bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Vəkilin dediyinə görə, prosesdə əsasən şahidlər dindirilib:
“Keçən prosesdə Mingəçevir rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlovun şahid qismində ifadə verməsi ilə bağlı vəsatət qaldırmışdıq. Vəsatət təmin olunsa da, məhkəmə polis rəisini dindirmədi. Əlavə hal şahidləri dindirildi”.
Növbəti məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.
2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.
REAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.
Son xəbərlər
Son Xəbərlər