Tofiq Yaqublunun oğlu tələbə oldu -

tofiq-yaqublunun-oglu-telebe-oldu-
Oxunma sayı: 3288


“Qafqazinfo” xəbər verir ki, bu ilə tələbə adını qazananların sırasında Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da var. 

Bu barədə Tofiq Yaqublunun qızı, gənc fəal Nigar Yaqublu öz “Facebook” səhifəsində yazıb. 

“Rəhim Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Marketing” fakültəsinə qəbul oldu. Qardaşım, təbriklər”.

Xatırladaq ki, Yaqublular ailəsinin ikinci övladı 26 yaşlı Nərgiz Yaqublu bir müddət əvvəl xəstəlikdən vəfat edib. 

“Qafqazinfo”