Tofiq Yaqublunun səhhətində problem yaranıb
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə qızı Nigar Yaqublu məlumat yayıb.
N.Yaqublu bildirib ki, atası həkim nəzarəti altındadır: “Bu gün ata ilə danışdım. Bir həftədir ki, səhhətində ciddi problem yaranıb. Qanaxma olduğu üçün həkim nəzarətinə qalıb. Mütəmadi sistemlər köçürülüb. İndi durumu sabitdir. Bu hal son 10 gündür ki, davam edib. Ancaq yenidən durumunun pisləşəcəyindən çox narahatam”.
Bu gun ata ile danisdim. 1 heftedir ki, sehhetinde ciddi probler yaranib yene. Qanaxma oldugu ucun hekim nezaretinde qalib. Mutemadi sistemler kocurulub. Indi durumu sabitdir. Bu hal son 10 gundur ki, davam edib. Ancaq yeniden durumunun pisleseceyinden cox narahatam.
Qeyd edək ki, Tofiq Yaqublu “İsmayıllı hadisələri”nə görə həbs edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər