"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, dünən Bakıya gətirilən Maya Yaqublu (Tofiq Yaqublunun həyat yoldaşı) və maşının sürücüsü Çingiz Əlinin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.
Xəstəxananın həkim personalından bildiriblər ki, T. Yaqublunun xanımı Maya Yaqublunun boynu sınıb, ciddi zədə alıb, cox saylı qançırlar və çıxıqları var. Əməliyyat olunacaq. Həyati təhlükə olmasa da, əməliyyatdan sonra durumu barədə proqnoz vermək çətindir. Müsavat fəalı, qəzaya uğrayan maşının sahibi və sürücüsü Çingiz Əlinin vəziyyəti isə ağırdır. Həkimlər onun həyatı uğrunda çarpışırlar. Çingiz Əli də əməliyyata hazırlanır və yaxın saatlarda o, əməliyyat olunacaq.
Yaralıların həkimi Fərid Qaralov musavat.com-a bildirib ki, Maya Yaqublunun huşu özündədir, ancaq boynunda bir yerdən sınıq var. Həkim onun vəziyyətini orta-ağır kimi qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər