Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il iş istənildi

tofiq-yaqubluya-7-ilqar-memmedova-8-il-is-istenildi
Oxunma sayı: 1237


“Qafqazinfo” xəbər verir ki , prokuror İlqar Məmmədova 8, Tofiq Yaqubluya isə 7 il iş istəyib. 

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri, İlqar Məmmədova Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar  yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.