Tofiq Yaqubluya qəzet verilmir- - Müsavatdan etiraz

tofiq-yaqubluya-qezet-verilmir-
Oxunma sayı: 749


Abunə olduğu qəzetlərin Tofiq Yaqubluya verilməsinə qoyulan qanunsuz məhdudiyyətlər indi daha biabırçı şəkildə davam etdirilir. 

Belə ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri T.Yaqubluya verilmədən öncə qanunsuz senzuradan keçirlir. Qəzet səhifələrində siyasi mövzulu yazıların əksəriyyəti kəsilir. Qanunsuzluq bununla da bitmir, qayçılanmış qəzetlər ona verilmir. Yalnız CÇM-nin ayırdığı otaqlardan birində qısa vaxt ərzində oxuyaraq otağı tərk etməsinə göstəriş verilir. Abunə olduğu mətbuat nüsxələrinin özündə saxlamasına imkan verilmir.

Azərbaycan qanunları çərçivəsində nəşr edilən bu qəzetlərin T.Yaqubluya verilməməsi kobud qanun pozuntusu olmaqla bərabər, həm də verilən mənəvi işgəncədir.

Azərbaycan hakimiyyətinin T.Yaqublu ilə baglı belə qeyri-humanist davranışı hiddət doğurur.

Müsavat Partiyası tələb edir ki, hakimiyyət özünün qeyri-qanuni hərəkətlərindən əl çəkməli, Tofiq Yaqublunun mətbuatla tanış olmaq və abunə olduğu qəzetləri tam şəkildə əldə etmək hüququnu dərhal təmin etməlidir.