“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan mərasimdə nazirinin müavini Sevda Məmmədəliyeva, Toğrul Nərimanbəyovun ailə üzvləri, fırça ustasının sənətinin pərəstişkarları iştirak ediblər. Anma mərasimindən əvvəl rəssamın Parisin Passi məzarlığındakı qəbri önünə Azərbaycan hökuməti adından əklil qoyulub. Sonra Azərbaycan Mədəniyyət Mərkəzində anma mərasimi keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov mərasimdə çıxış edərək rəssamın ömür yolundan, ailə şəcərəsindən söz açıb, sənətkarın ulu babalarının əslən Azərbaycanın Şuşa şəhərindən olduqlarını, yaşadıqları dövrlərin məşhur şəxsiyyətləri kimi tanındıqlarını bildirib.
Qeyd edək ki, 1930-cu ildə Bakı şəhərində anadan olan Toğrul Nərimanbəyov ötən ilin iyunun 2-də Fransada dünyasını dəyişib və Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
Son xəbərlər
Son Xəbərlər