Toivo Klaarın mandatının müddəti uzadıldı

toivo-klaarin-mandatinin-muddeti-uzadildi
Oxunma sayı: 1288

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatının müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ Şurası qərar qəbul edib.

Qərara əsasən, Klaarın mandatı daha bir il - 2024-cü il avqustun 31-nə qədər uzadılıb.

Qeyd edək ki, T. Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin xüsusi nümayəndəsi təyin edilib.