Tok 3 yaşlı uşağı öldürdü

tok-3-yasli-usagi-oldurdu
Oxunma sayı: 769

Sabirabadda baxımsız qalan uşağı elektrik cərəyanı vuraraq öldürüb. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə Sabirabad rayonunun Əsədli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2014-cü il təvəllüdlü İmanov Fərid Daşqın oğlu valideynlərinin gözündən yayınaraq  elektrik cərəyanına toxunub. Nəticədə uşaq hadisə yerində elektrik cərəyanı vurmasından dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.