Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qətər iqtisadi forumunda çıxışı zamanı ABŞ-la dostluq münasibətləri qurmaq istədiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu bəyanat Qətər İqtisadi Forumunun yutub kanalında yayımlanan “Prezident Tokayevlə söhbət” adlı xüsusi panel sessiyasında çıxışı zamanı verilib.
Söhbət zamanı panel iclasının moderatoru Tokayevdən neft hasilatını artırmaq üçün Səudiyyə Ərəbistanına təzyiq göstərən ABŞ Prezidenti Co Baydenin siyasətini necə qiymətləndirdiyini soruşub.
“Sualınıza cavab verməkdə çətinlik çəkirəm. Mən Qazaxıstan prezidentiyəm və Birləşmiş Ştatlarla dostluq və proqnozlaşdırıla bilən münasibətlər qurmaq istəyirəm”, - deyə Tokayev bildirib.
Bundan əvvəl Qazaxıstan Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə sıx münasibətdə olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya Prezidenti “hələ də etibarlı müttəfiqdir”.
Son xəbərlər
Son Xəbərlər