Tokayev Azərbaycana gəlir

tokayev-azerbaycana-gelir
Oxunma sayı: 2748

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-ü Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qazaxıstan” yayıb.

Bildirilir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir, bunun nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Eyni zamanda Tokayev avqustun 19-u Soçiyə işgüzar səfər edəcək. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq, Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq.