Tokayev hökumətin yeni tərkibini təsdiqlədi - Yenilənib

tokayev-hokumetin-yeni-terkibini-tesdiqledi
Oxunma sayı: 2851

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiq edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. 

Sərəncama əsasən, Alixan Smailov Qazaxıstanın Baş naziri təyin edilib.

Roman Sklyar Baş nazirin birinci müavini, Eralı Tuqjanov, Muxtar Tleuberdi və Baxıt Sultanov Baş nazirin müavinləri vəzifəsini tutublar.

Bolat Akçulakov isə energetika naziri vəzifəsində Maqzum Mirzaqaliyevi əvəzləyib.

Bununla belə, Baş nazirin müavini – xarici işlər naziri Muxtar Tleuberdi, müdafiə naziri Murat Bektanov və daxili işlər naziri Erlan Turqumbayev öz vəzifələrində qalıb.

***

Qazaxıstanın yeni hökumətinin iclası yanvarın 12-si keçiriləcək. İclas canlı yayımlanacaq.