Tokayev inauqurasiyasının bu tarixdə keçirilməsini istəyir

tokayev-inauqurasiyasinin-bu-tarixde-kecirilmesini-isteyir
Oxunma sayı: 1026

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərində 70,76 faiz səslə qalib gələn Kasım-Jomart Tokayevin andiçmə mərasimi 12 iyunda baş tuta bilər.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, bunun üçün bu tarixə qədər Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə dair yekun protokolları hazırlayıb öz rəsmi saytında yayımlamalıdır.

“İş ondadır ki, mən iyunun 14-də Bişkekə, oradan da Düşənbəyə uçmalıyam. Baş tutacaq beynəlxalq tədbirlərdə Qazaxıstan Prezidenti kimi iştirak etməliyəm”, - deyə Tokayev bildirib.