Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Operativ Qərargahın iclasını keçirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.
“KTMT-nin Nur-Sultandakı bölmələri tərəfindən mühafizə funksiyalarının yerinə yetirilməsi Qazaxıstan hüquq-mühafizə orqanlarının qüvvələrinin bir hissəsini azad etməyə imkan verib”, - Tokayev deyib.
***
Mətbuat xidmətinin məlumatına görə, Takoyev Almatı şəhəri və digər regionların terror hücumları nəticəsində zərər çəkmiş inzibati, sosial və kommunal obyektlərinin, infrastrukturunun bərpası məsələlərinə xüsusi diqqət yetirməyi tapşırıb.
Son xəbərlər
Son Xəbərlər