Tokayev Özbəkistana səfər edəcək

tokayev-ozbekistana-sefer-edecek
Oxunma sayı: 861

Aprelin 14-15-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Özbəkistana ilk rəsmi səfəri olacaq.

“Qafqazinfo” “Tengrinews”a istinadən xəbər verir ki, Tokayev səfər çərçivəsində özbəkistanlı Şavkat Mirziyoyevlə görüşəcək. Dövlət başçıları ikitərəfli münasibətlər, gələcək iqtisadi-ticari əlaqələr, sosial-humanitar və tranzit-nəqliyyat sahəsində əməkdaşlıq regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparacaqlar. Bir sıra vacib sənədlərin imzalanması planlaşdırılır.

Bundan başqa, Tokayev və Mirziyoyev Özbəkistanda keçiriləcək Qazaxıstan ilinin açılış mərasimində iştirak edəcəklər.