Tokayev özünə yeni köməkçi təyin etdi

tokayev-ozune-yeni-komekci-teyin-etdi
Oxunma sayı: 1084

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yernar Baspayevi Prezidentin köməkçisi - dövlət başçısı administrasiyasının müraciətlərə baxılmasına nəzarət şöbəsinin müdiri təyin edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidentinin Mətbuat xidməti yayıb.

Baspayev daha əvvəl Qazaxıstan Prezident Administrasiyasının dövlət müfəttişi vəzifəsində çalışıb. Müxtəlif illərdə Atırau vilayətinin administrasiya rəhbərinin aparatının sədri, Atırau vilayətinin Ədliyyə Departamentinin rəisi vəzifələrində işləyib.

Qeyd edək ki, aprelin 11-i Tokayev Tamara Duysenovanı Prezidentin köməkçisi - dövlət başçısı administrasiyasının müraciətlərə baxılmasına nəzarət şöbəsinin müdiri vəzifəsindən azad edərək əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib.

Fotoda Yernar Baspayev