Tokayev özünə yeni mətbuat katibi təyin etdi

tokayev-ozune-yeni-metbuat-katibi-teyin-etdi
Oxunma sayı: 1105

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ruslan Jeldibayın dövlət başçısının mətbuat katibi təyin olunması barədə sərəncam imzalayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidentinin Mətbuat xidməti yayıb.

33 yaşlı Ruslan Jeldibay daha əvvəl Qazaxıstanın Baş naziri Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali mart ayınının sonlarında tutduğu vəzifədən azad olunub və “Xabar” agentliyinin İdarə heyətinin sədri təyin olunub.