Tokayev qalib gəlir

tokayev-qalib-gelir
Oxunma sayı: 1524

Qazaxıstanda prezident seçkilərində Kasım-Jomart Tokayev qalib gəlir. 

“Qafqazinfo” xəbər verir ki, “İctimai fikir” institutunun keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Tokayev səslərin 70,13 faizini toplayıb. 

Müxalifətdən olan namizəd Amircan Kosanov 15,39 faiz səs toplayıb. Parlamentin aşağı palatasının “Ak jol” (İşıqlı yol) partiyasından olan deputatı Daniya Espayevaya 5,32 faiz seçici səs verib. 

Digər namizədlər isə 4 faizdən aşağı səs toplayıblar. 

Analoji nəticəni “Gənclər” elmi-araşdırma mərkəzinin “exit-poll”u da göstərib.