Tokayev sülhməramlılara görə Putinə təşəkkür etdi

tokayev-sulhmeramlilara-gore-putine-tesekkur-etdi
Oxunma sayı: 1564

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında çıxışı zaman bu barədə danışıb.

O, Putinə anlayışına və Qazaxıstana hərbi kontingentin göndərilməsi ilə bağlı çevik qərara görə minnətdarlığını bildirib.

Tokayev, həmçinin KTMT-nin digər üzv ölkələrinə də təşəkkür edib. O qeyd edib ki, ilk dəfədir ki, KTMT sülhməramlı potensialından üzv dövlətlərdən birinin təhlükəsizliyini, sabitliyini və bütövlüyünü təmin etmək üçün istifadə olunur.