Tokayevin prezidentliyə namizədliyi irəli sürüldü

tokayevin-prezidentliye-namizedliyi-ireli-suruldu
Oxunma sayı: 1647

Qazaxıstanın hakim “Amanat” partiyası cari Prezident Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hakim partiyanın icraçı katibi Ashat Oralov açıqlayıb.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-si keçiriləcək.

Qeyd edək ki, Tokayev 2019-cu ilin martından Qazaxıstan Prezidenti vəzifəsini icra edir.