Tokayevin prezidentliyə namizədliyi təsdiqləndi

tokayevin-prezidentliye-namizedliyi-tesdiqlendi
Oxunma sayı: 719

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini təsdiqləyib.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, bununla da o, prezident postuna namizədliyi rəsmən təsdiq olunan ilk şəxs olub. 

Tokayev MSK-ya sağlamlıqla bağlı tibbi arayışı və gəliri haqqında sənədi təqdim edib.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 9 iyunda keçiriləcək. Prezidentliyə namizədliyin təsdiqlənməsi prosesi 11 maya qədər davam edəcək. Namizədlərin qarşısında ana dili bilikləri ilə yanaşı, Qazaxıstanda anadan olmaq, son 15 ildə bu ölkədə yaşamaq tələbləri qoyulub.