Tokio-2020-də daha bir cüdoçumuz məğlub oldu

tokio-2020-de-daha-bir-cudocumuz-meglub-oldu
Oxunma sayı: 1892

Azərbaycan cüdoçusu Orxan Səfərovun “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub.

"Qafqazinfo" xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz qazaxıstanlı Yerlan Serikjanova məğlub olub.

Qeyd edək ki, bundan əvvəl 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov 1/8 finalda Gürcüstan təmsilçisi Luxumi Çxvimianiyə məğlub olub. Qadınların yarışında isə Aişə Qurbanlı (48 kq) ilk görüşdəcə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.