Azərbaycan velosipedçisi Elçin Əsədov "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz velosiped idmanının şosse növündə mübarizə aparır.
Yarışda 57 ölkədən 130 velosipedçi birincilik uğrunda mübarizə aparır. İdmançılar 234 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.
Son xəbərlər
Son Xəbərlər