Tokio-2020 təxirə salınır

tokio-2020-texire-salinir
Oxunma sayı: 1853

Bu il Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları təxirə salınır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlama verib. O, olimpiadanın böyük ehtimalla 2021-ci ilə keçiriləcəyini qeyd edib.

Qurum üzvü nüfuzlu yarışın 24 iyulda başlamayacağının dəqiq olduğunu, qərarın yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustunda 9-dək keçirilməli idi.