Tokio-2020 Yay Olimpiya Oyunları başladı - Foto

tokio-2020-yay-olimpiya-oyunlari-basladi
Oxunma sayı: 2817

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 9:00-da meydana qadınlardan ibarət softbol komandaları çıxıb. Oyunların ilk matçında Avstraliya ilə Yaponiya üz-üzə gəlib.

Görüş Yaponiyanın 8:1 hesablı qələbəsi ilə başa çatıb. Bu gün softbolçuların yarışında daha iki oyun keçiriləcək. Həmçinin futbol turnirində 6 matç olacaq.

Qeyd edək ki, olimpiadanın rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Bəzi yarışlar isə açılışdan əvvəl başlayır.

İdmançılarımız iyulun 24-də yarışa başlayacaqlar. İlk olaraq boksçularımız Olimpiya oyunlarında mübarizəyə start verəcək.