Tokio-2020-yə lisenziya qazanmış idmançılarla bağlı qərar açıqlandı

tokio-2020-ye-lisenziya-qazanmis-idmancilarla-bagli-qerar-aciqlandi
Oxunma sayı: 2245

Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

"Aydın məsələdi ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür", - deyə qurum rəhbəri bildirib.

Qeyd edək ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına qərar verib.