“Tokio-2020”də daha 29 nəfər koronavirusa yoluxdu

tokio-2020de-daha-29-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 805

Tokio Yay Olimpiya Oyunlarında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir.

Qeyd edilir ki, yoluxanlar arasında idmançı yoxdur. Bir gün əvvəl isə, Tokio Yay Olimpiya Oyunlarında rekord miqdarda - 31 nəfərdə gündəlik yoluxma aşkar edilib.

Beləliklə, Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 382 nəfərə çatıb. Həmçinin, Olimpiya Oyunlarına hazırlığın başladığı gündən - iyulun 1-dən bəri ümumilikdə 570 min nəfərdən test götürüldüyü qeyd edilir.