“Tokio-2020”də koronavirusa yoluxanların sayı 79-a çatıb

“Tokio-2020”də koronavirusa yoluxanların sayı 79-a çatıb
Oxunma sayı: 1115

Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələnlər arşında yoluxma sayı 79-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsinin saytı məlumat yayıb.

Son sutka ərzində “Tokio-2020” çərçivəsində ölkəyə gələnlərdən daha səkkiz nəfərdə koronavirus aşkar edilib.

Yoluxanlar arasında idmançının da olduğu, lakin onun Atletlər şəhərində yaşamadığı bildirilir.