Tokioda apreldən bu yana rekord yoluxma

tokioda-aprelden-bu-yana-rekord-yoluxma
Oxunma sayı: 2582

Ötən gün ərzində Yaponiyanın paytaxtı Tokioda 224 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

"Qafqazinfo" Yaponiya mətbuatına istinadən xəbər verir ki, bu şəhərdə bu günə qədər qeydə alınan ən yüksək günlük yoluxma sayıdır. Sonuncu belə göstərici aprelin 17-si 206 yoluxma faktının aşkarlanması ilə qeydə alınıb.

May ayının sonundan etibarən Tokio və ölkənin digər bölgələrində fövqəladə vəziyyət rejimi ləğv olunub. Son bir həftə ərzində isə ölkədə günlük yoluxma sayının artım tempi sürətlənib.

Qeyd edək ki, Yaponiyada ümumilikdə 20 174 insan koronavirusa yoluxub, 980 nəfər xəstəlik səbəbindən həyatını itirib.