Tokio sakinləri bundan sonra “Hinomaru Kotsu Co”nun istehsalı olan pilotsuz taksi xidmətlərindən istifadə edə biləcəklər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hələlik sınaq üçün bir ədəd sürücüsüz taksi istehsal edilib. Belə takislərdə bir dəfə gediş-gəliş təxminən 14 dollara başa gələcək. Test mərhələsi sentyabrın 8-dək davam edəcək.
Daha sonra isə iki şirkətin əməkdaşları pilotsuz taksi layihəsini Tokioda gerçəkləşdirməyə başlayacaq.
Son xəbərlər
Son Xəbərlər